Azərbaycanın iri dövlət şirkətləri yeni Holdinqin tabeliyinə verildi –SİYAHI

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı məlum olub.

Siyahı Prezident İlham Əliyevin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə təsdiq edilib.

  1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
  2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
  5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
  7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
  11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
  12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
  13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
  14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
  16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyət;

  1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzaladı

Sonrakı məqalə

Tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadılıb