Azərbaycanın İsrailə ilk səfiri təyin olunub –DOSYE /FOTO

Muxtar Məmmədov Azərbaycanın İsraildə ilk səfiri təyin edilib.

Azpost.info bildirir ki, bu barədə Haqqın.az saytı məlumat yayıb. M.Məmmədov elm və təhsil nazirinin müavini postunu tutub.

M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Bundan başqa Belçikada Avropa kollecini, Prezident yanında Dövlət idarəçiliyi Akademiyasını bitirib.

2005-2013-cü illərdə XİN-də işləyib. 2009-2013-cü illərdə Azərbaycanın Belçikada səfiri olub.

2013-cü ildə təhsil sektoruna təyinat alıb. Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi, Aparat rəhbəri vəzifəsində çalışıb. Ötən ilin aprelindən nazir müavini təyin edilib.

İsraillə elm və təhsil sahəsində əməkdaşlıq layihələrini kurasiya edib.

Rus,ingilis və türk dillərini bilir.

 

Əvvəlki məqalə

Bakıda ər əvvəl arvadını, sonra özünü öldürdü

Sonrakı məqalə

Dekabrın 29-da Laçın yolundan sülhməramlıların neçə avtomobili keçib?