Azərbaycanın ixracla məşğul olan özəl və dövlət şirkətləri hansılardır? –SİYAHI /REYTİNQ

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə bu ilin yanvar-may aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayında bildirir ki, beş ay üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olan şirkətlərə

“MKT İstehsalat Kommersiya” MMC,

“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi,

“P-Aqro” MMC,

“STP Alüminium” MMC,

“Aqrovest” MMC,

“ZR-78 Company” MMC,

“Mors Trading” MMC,

“Baku Steel Company” QSC,

“Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC,

“AzMet” QSC daxildir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda

“Azəralüminium” MMC,

“Socar Polymer” MMC,

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,

“Azərenerji” ATSC,

“AzerGold” QSC,

“Azəripək” MMC,

“Azərbaycan Hava Yolları” QSC,

Naxçıvan MR Dövlət Energetika Xidməti,

“Azərbaycan Dəmir Yolları” QSC kimi şirkətlər təmsil olunurlar.

Əvvəlki məqalə

Supermarketlərdə 5 ayda 5 milyard manatlıq ərzaq satılıb

Sonrakı məqalə

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Saatlıda vəzifəli şəxsləri saxlayıb