“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lazımdır”- PUTİN

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi lazımdır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Diskussiya klubunun plenar iclasında bildirib.

“Sülh müqaviləsi əlbəttə ki, lazımdır. Bizim mövqeyimiz sülh nizamlanmasını dəstəkləməkdən ibarətdir. Eləcə də sərhədlərin delimitasiyasını, sərhəd məsələsinin tam nizamlanmasını dəstəkləyirik. Biz bunun tərəfdarıyıq. O ki, qaldı hansı varinatı seçməyə, bu Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Bütün hallarda, hansı variant seçilsə, əgər bu sülhə gətirib çıxaracaqsa, biz ancaq bunu dəstəkləyirik”,-deyə Putin bildirib.

Rusiya lideri bildirib ki, biz heç nəyə məcbur etmirik.

“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”,- deyə Rusiya lideri əlavə edib.

Vladimir Putinin sözlərinə görə, erməni xalqının bütün seçimləri dəstəklənəcək.

 

Əvvəlki məqalə

Finlandiya XİN Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir

Sonrakı məqalə

“Kiyev “çirkli bomba” yaratmaq üçün “Toçka-U”ya nüvə yanacağı yükləyə bilər” –