Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin 30 ili tamam olub

Səfir Cahit Bağçı Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə bağlı paylaşım edib.

Türkiyənin Azərbaycandakı səfirinin sosial şəbəkədəki hesabında etdiyi paylaşımda deyilir:

“Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla münasibətlərinin təməli Cümhuriyyətimizin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə Ümummilli lider Heydər Əliyevin “Tək Millət, İki Dövlət”iz sözlərinin birləşməsidir”, – diplomat bildirib.

Türkiyəli diplomat qeyd edib ki, bu anlayışı əlaqələri strateji səviyyədən müttəfiqlik səviyyəsinə qaldıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin imza atdıqları “Şuşa Bəyannaməsi” daha da qüvvətləndirib.

“Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü qutlu, qardaşlığımız daim olsun”, – Cahit Bağçı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ərdoğana məktub göndərib

Sonrakı məqalə

Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlılrı Almatını tərk edib