“Azərbaycanla yeni sazişlə bağlı danışıqların vacib mərhələsindəyik” –BORREL

Biz hazırda Azərbaycanla yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların vacib mərhələsindəyik.

APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuata açıqlamasında bildirib.

“Bu yeni saziş bizim əməkdaşlığımızı və siyasi dialoqumuz daha da gücləndirəcək”, – o qeyd edib.

Aİ-nin Ali Nümayəndəsi əlavə edib ki, Aİ Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyir.

Əvvəlki məqalə

Avropa İttifaqı ilə müqavilə Moskva və Bakı arasında gərginlik yaradacaqmı? –

Sonrakı məqalə

Putinin İran səfərindən ilk görüntülər