Azərbaycanlı MMA döyüşçüsü ABŞ-da rəqibini 53 saniyəyə nokauta saldı –VİDEO

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov növbəti qələbəsini ABŞ-da qazanıb.

Azpost.info bildirir ki, Masallı rayonunun Qədirli kəndindən olan 28 yaşlı MMA döyüşçüsü Mirəli Coşqun oğlu Hüseynov ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində təşkil edilmiş “San-Fransisko Combat 11” turnirində 170 paunt-da yarışa çıxıb. O, ABŞ-dan olan yerli Serxio Kuinones adlı idmançı ilə üz-üzə gəlib. Həmyerlimiz rəqibini cəmisi 53 saniyəyə nokauta salıb.

ABŞ-da yaşayan həmyerlilərimizin böyük coşqu ilə izlədikləri yarışda MMA döyüşçümüz karyerası ərzində altı döyüşün dördündə qələbə qazanıb, yalnız iki dəfə məğlub olub.

Döyüşün sonunda Mirəli arenada Azərbaycanın  üçrəngli bayrağını dalğalandıraraq ingilis dilində azarkeşlərə müraciətlə təşəkkür edib.

Gənc idmançı 24 iyun 2023-cü il tarixində yenidən MMA arenasında döyüşə çıxacaq.

Nəzirməmməd Zöhrablı 

Əvvəlki məqalə

Kök xolesterin səviyyəsini tarazlaşdırır, bağırsağın mikroflorasını yaxşılaşdırır

Sonrakı məqalə

Prezident İlham Əliyev Laçın rayonuna gedib