Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərin mühakimə edilməsi təmin olunacaq- Prokurorluq

“Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən elan edilib ki, xalqımıza qarşı cinayət törətmiş şəxslərlə bağlı istintaq aparılır. Meşəli ilə bağlı aparılan istintaq da göstərdi ki, 1992-ci ildən etibarən bu işlər aparılır”.

Bunu APA-ya müsahibəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

“Adını sadaladığınız və sadalamadığınız digər şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Hərbi Prokurorluqda müxtəlif istintaq hərəkətləri aparılır. Onların bir çoxu barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları var. Həmin şəxslərin axtarışı elan edilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Dəfələrlə elan edilib, indi də qeyd edirik ki, onların mühakimə edilmələri təmin ediləcək. Onların törətdikləri əməllər sülh və insanlıq əleyhinə cinayətlərdir. Həmin cinayətlərlə bağlı cəlbetmə müddəti yoxdur. Siyasi proseslərlə əlaqədar bu müddət ertələnə bilər. Amma hər halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət mühakiməsinə çıxarılması təmin ediləcək”, – o Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərlərinin istintaqı ilə bağlı suala cavabında qeyd edib.

Əvvəlki məqalə

Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib

Sonrakı məqalə

Rusiya hökuməti dəmir yolu səfərlərinə nəzarəti gücləndirdi