Azad edilmiş ərazilərdə yaşayış sahələrinin tikintisi ilə məşğul olan sahibkarlar üçün güzəşt müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün faiz subsidiyası illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında veriləcək.