Azad olunmuş ərazilərdə məscidlərə din xadimlərinin təyinatı necə aparılacaq?

İşğaldan azad edilmiş Ağdam, Zəngilan, Şuşa, Hadrut, Suqovuşan və Laçında yeni məscidlərin təməli qoyulub. Paralel olaraq tarixi-dini abidələrimizin və məscidlərimizin bərpası davam etdirilir.

Bu sözləri açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Sədr müavini dini abidələrimizin bərpasının dövlətin diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, həmin məscidlərə din xadimlərinin təyinatı onlar istifadəyə verildikdən sonra keçmiş məcburi köçkünlərin geri qayıdışına paralel olaraq zərurət yarandıqca aparılacaq.

G.İsmayılov ötən il ilk dəfə Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidinə din xadiminin təyin olunduğu da xatırladıb(azərtac).

Əvvəlki məqalə

Rusiya XİN Paşinyanın hücum etməmək paktı barədə Azərbaycana təklifinə münasibət bildirib

Sonrakı məqalə

Rusiya XİN Ermənistana NATO ilə bağlı xəbərdarlıq edib