Bu gün “Azadlıq” qəzetinin 30 yaşı tamam olur.
“Azadlıq” qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov olub (1989-1991-ci illər)
İlk sayı 8 səhifədən ibarət olan qəzetin loqotipi üstündə “El gücü – sel gücü !” yazılmışdı. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin “Millət şərqisi” şeri yerləşdirilmişdi.
1991-1994-cü illərdə “Azadlıq”a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli , 2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən “Azadlıq”ın baş redaktoru Qənimət Zahiddir.
2017-ci ildən maliyyə vəziyyəti ilə bağlı çap variantını dayandıran qəzet onlayn versiyada fəaliyyətini davam etdirir.