“Azadlıq” qəzetinin 30 yaşı tamam olur

Bu gün “Azadlıq” qəzetinin 30 yaşı tamam olur.

“Azadlıq” qəzeti 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi  həftəlik nəşri kimi yaradılıb. İlk sayı həmin il dekabrın 24-də işıq üzü görüb. Qəzetin ilk redaktoru Nəcəf Nəcəfov  olub (1989-1991-ci illər)

İlk sayı 8 səhifədən ibarət olan qəzetin loqotipi üstündə “El gücü – sel gücü !” yazılmışdı. Birinci səhifəsində Azadlıq meydanındakı mitinqdən foto, aşağı hissədə isə – türk şairi Tofiq Fikrətin “Millət şərqisi” şeri yerləşdirilmişdi.

1991-1994-cü illərdə “Azadlıq”a Qənimət Zahid, 1994-2001-ci illərdə Gündüz Tahirli ,  2001-2003-cü illərdə Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildən “Azadlıq”ın baş redaktoru Qənimət Zahiddir.

2017-ci ildən maliyyə vəziyyəti ilə bağlı çap variantını dayandıran qəzet onlayn versiyada fəaliyyətini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən liderdir”

Sonrakı məqalə

Qaraçuxur bələdiyyəsinin üzvü seçilən Corc XXX hansı məşhurun oğludur? –