“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinnin sədrinin yeni müavinləri təyin olunub.
Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Rafiq Həşimovun onun yerinə müavin təyin olunduğu bildirilir.
Digər əmrlə Elsevər Dünyamalıyev AzTV sədrinin müavini vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.
Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist və rejissordur. R.Həmzəyev AzTV-də “Əsas məsələ” tok-şousunun aparıcısıdır.
Qeyd edək ki, Rövşən Məmmədovun AzTV-yə sədr təyin olunmasından sonra bir sıra kadr dəyişikliyi aparılıb, nəticədə bir neçə yeni televizya layihələri reallaşdırılıb, tamaşaçılara maraqlı proqramlar təqdim olunmasına başlanılıb. (Lent.az)