AzTV-nin aparıcısı, jurnalist Natəvan Babayevanın anası vəfat edib

06 Yanvar 2020 - 12:36

Tanınmış jurnalist, AzTV-nin “Xəbərlər” informasiya proqramının aparıcısı Natəvan Babayevanın anası vəfat edib.

Jurnalistin 68 yaşlı anası qəfil ürəktutmasından dünyasını dəyişib. Aparıcının yaxınları artıq dəfn mərasiminin keçirildiyini bildirib. Dəfn N.Babayevanın ata yurdunda, Salyanda baş tutub.

Allah rəhmət eləsin!