Futbol üzrə Azərbaycan milli komandasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Azərbaycan-Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.