Azərbaycan boksçusu 1/8 finala yüksəlib –Avropa Oyunları

Azərbaycan boksçusu Malik Həsənov Polşada keçirilən III Avropa Oyunlarında 1/8 finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, idmançı 63,5 kq çəki dərəcəsindəki ilk görüşündə qələbə qazanıb.

O, 1/16 final mərhələsində polşalı Roskoviç Bartlomeyi 5:0 (30:27, 29:27, 30:26, 30:26, 29:28) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər boksçusu Ümid Rüstəmov (57 kq) ilkin mərhələdə məğlub olaraq mübarizəni dayandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.