Azərbaycan kommunistlərinin rəhbəri Kubaya dəvət olunub

27-29 oktyabr 2022-ci ildə Kubanın paytaxtı Havanada Kommunist və Fəhlə Partiyaların 22-ci Beynəlxalq Müşavirəsi keçiriləcək.

Bu barədə Azpost.info-ya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov məlumat verib.
Müşavirədə iştirak etmək üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev iştirak edəcək.
Kommunist və fəhlə partiyalarının 21-ci toplantısı 2019-cu ildə Türkiyənin İzmir şəhərində keçirilib. Covid-19 pandemiyasının yaratdığı məhdudiyyətlərə görə 2020-2021-ci illərdə heç bir görüş keçirilməyib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.