Ermənistan və Azərbaycan bütün regionun çiçəklənməsini təmin edəcək düşmənçilik səhifəsini bağlamaq üçün tarixi fürsət əldə ediblər.
Azpost.info xəbər verir ki, bunu kiprli həmkarı Konstantinos Kombosla görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Hesab edirəm ki, Ermənistan və Azərbaycan olaraq biz indiki tarixi andan düşmənçilik səhifəsini bağlamaq və bütün regionun iqtisadi inkişafı və rifahı üçün daha yaxşı gələcək hazırlamaq üçün istifadə etməliyik”, – Mirzoyan deyib.
Azpost.info