Sabahdan Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov məlumat verib O bildirib ki, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi başlayacaq. Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri bu il dekabrın 23-nə təyin edilib.