Hərbi jurnalist, “WarGonzo” kanalının aparcısı Semyon Peqov Donetskdə yaralanıb.
Azpost.info bildirir ki, bu barədə TASS Donetskdə travmatalogiya mərkəzindəki əməkdaşa istinadən məlumat verib.
Peqov ayağından zədə alıb. Onun ayaq parmaqları parçalanıb. Hərbi ekspert Boris Rojin deyib ki, çox guman ki, Peqov minaya düşüb.
“Zvezda” telekanalı bildirir ki, Peqov sentyabr ayından etibarən Donetskdə çalışırdı.
Semyon Peqov 44 günlük müharibə zamanı ermənilərin xeyrinə birtərəfli və qərəzli fəaliyyəti ilə yadda qalıb.