Bəla “indikatoru” –Türkiyədə zəlzələdən əvvəl göydə görünmüş sirli parıltı nə olub?

Türkiyə və Süriyada zəlzələdən əvvəl insanlar səmada “şimal parıltısı”na bənzər mavi rəngdə işıqlanma müşahidə ediblər.

Azpost.info RİA-ya istinadən bildirir ki, alimlər bunun səbəblərini analiz ediblər və növbəti təkan imkanları üçün nəticələr çıxarıblar.

Zəlzələ adətən litosfer təbəqlələrinin sərhədlərində baş verir. Türkiyə və Suriya məhz bu Anadolu, Ərəb və Afrika baza tavaları üzərindədir.

Litosfer tavaları öz yerində durmur, onların bir-biri ilə sürtünməsi gərginlik toplayır. Bu, kiritik hala gəldiyi zaman boşluq yaranır. Enerjinin bir hissəsi seysmik dalğalara və istiliyə, digər hissəsi elektrik sahəsinə çevrilir. Bunlar da qığılcımlara səbəb olur.

Elektrik effekti

Mavi parıltının digər səbəbi piezoelektrik effektindədir. Daha bir faktor da var: Yerin təkindən üzə çıxan qazlar, radioaktiv rodon və elektrik ayrılması fonunda hava kütlələrinin ionlaşması. Onlar havanı güclü şəkildə ionlaşdıraraq işıqlandırır.

Problem ondadır ki, bu parlaq qığılcımlar zəlzələnin başlanmasına bir neçə saniyə qalmış meydana gəlir, odur ki, nəsə etməyə imkan qalmır. Amma Rusiya alimləri bundan çıxış yolu tapıblar. Bunun üçün Yer səthindəki dəyişiklikləri diqqətlə izləmək lazımdır.

Kompleks anomlaiya əsasında proqnoz

Silkələnmədən əvvəl həmişə dərinlikdə baş proseslər sayəsində isti anomaliya baş verir. Sputnikdən bu yüksək tempraturun yaratdığı anomal “ləkələr” yaxşı görünür. Həmçinin rütübətin kəskin enməsinə diqqət yetirmək lazımdır.

Fevralın 6-da ilk təkandan bir neçə saat əvvəl rütübət 100 faizdən  35 faizə enib. 20 fevralda isə rütübət tamam sıfra enib və sonra bərpa olunub. Həmçinin tempraturun düşməsi müşahidə edilib.

Azpost.info

 

Əvvəlki məqalə

“NATO artıq müharibədə iştirak edir, düşməndir” –

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri