Bərdədə arvadı tərəfindən döyülən kişi öldü

Bərdədə arvadı tərəfindən döyüldükdən sonra ütü ilə yandırılan kişi vəfat edib.

80 yaşlı kişi dəfn edildikdən sonra ailə üzvləri onun ölümünə səbəb olan ikinci həyat yoldaşından şikayətçi olacaqlar.

 

Qeyd edək ki, hadisə Bərdə rayonunun Gərənə kəndində baş verib. Kənd sakini Hidayət Cəfərovun həyat yoldaşı ərinin öldüyünü bildirib və dəfn üçün evə molla çağırıb. Molla H.Cəfərovun ölmədiyini gördükdən sonra onun övladlarına xəbər verib. Məhz bundan sonra Hidayət Cəfərovun arvadı tərəfindən işgəncəyə məruz qaldığı məlum olub. Övladları isə bu barədə polisə məlumat verib. (Modern.az)

Əvvəlki məqalə

“Ya əinizdə qalanı xilas edin, ya da…”

Sonrakı məqalə

Çin və Hindistan Rusiyadan 24 milyardlıq enerji resursları alıb