“ABŞ Ukraynadakı müharibədən çıxmalıdır”.
Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu barədə prezidentliyə namizəd Donald Tramp Corciya ştatında mitinqdə çıxışı zamanı deyib.
Trampın sözlərinə görə, vitse-prezident Kamala Harris və prezident Co Baydenin müvafiq planı yoxdur.
“Bayden və Kamala bizi Ukraynadakı müharibəyə soxdular və indi bizi oradan çıxara bilmirlər”, – Tramp deyib.
“Düşünürəm ki, mən prezident olmasam, biz bu müharibədə ilişib qalacağıq. Mən danışıqlara nail olacağam, ondan çıxacağam. Biz müharibədən çıxmalıyıq. Bayden deyir ki, “biz qalib gəlməsək oradan çıxmayacağıq. Bəs əgər Rusiya qalib gəlsə, nə olacaq?” – deyə Tramp sual edib.
Azpost.info