Bəxtiyar Hacıyev niyə saxlanılıb? –DİN-dən RƏSMİ AÇIQLAMA

Bəxtiyar Hacıyevin saxlanılma səbəbi məlum olub.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq  bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün  məhkəməyə göndərilib.

Qeyd edək ki, B.Hacıyev bu gün Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. Onun barəsindəki cinayət işinin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə olduğu bildirilir.

Əvvəlki məqalə

“Ermənistan ordusunun potensialının artırılmasına xüsusi əhəmiyyət veririk” –

Sonrakı məqalə

İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir