“Azərbaycan və Ermənistan MDB məkanında bütün ölkələr üçün dost dövlətlərdir. Ermənistan və Azərbaycan arasında münaqişəni indi -İlham Əliyevlə həll etmək lazımdır”.
Azpost.info bildirir ki, bu sözləri KTMT-nin növbədənkənar toplantısında çıxış edən Belarus prezidenti Lukaşenko bildirib.
Onun sözlərinə görə, məsələ çox həssasdır: “Bir tərəfdə KTMT və üzvləri,digər tərəfdə Azərbyacanı qoymaq -bu düz deyil… Bunlar bizə dost olan iki ölkədir. Biz Ermənistan və Azərbaycanla birgə MDB-nin üzvüyük. Bizim pravoslav Ermənistanla çox yaxın əlaqələrimiz var, bizə həmçinin müsəlman ölkəsi olan Azərbaycan da çox yaxındır. Bütün nüasnları, faktorları nəzərə almaq lazımdır. Bəyəm Azərbaycan burada oturan dövlət başçılarına və ölkələrə düşməndir? Yox. Mən Putinin sözlərini təsdiqləyirəm ki, Ermənistan və Azərbaycan bizə doğma olan dövlətlərdir. Vəziyyətin xüsusiliyi bundadır. Bunu nəzərə almaya bilmərik”.
Lukaşenko Ermənistan tərəfindən məsələnin “bizimləsiniz, ya yox?” kimi qoyulmasına etiraz edib. “Bu doğru deyil. Azərbaycana bu gün bizim adam- İlham Əliyev rəhbərlik edir. Sabah nə olacaq heç kim bilmir. Odur ki, bu ciddi məsələləri indi həll etmək lazımdır. Azərbaycanın bu günkü hakimiyyəti ilə… Azərbaycanın arxasında Türkiyənin durduğunu deyirlər. Nə olsun? Bu siyasətdir. Türkiyə Azərbaycanı ona görə dəstəkləyir ki, onlar yaxın doğmadırlar. Bunu Rusiya barədə deyə bilərlər ki, Belarusu Moskvanı, Rusiya bizi dəstəkləyir. Ona görə ki, biz də yaxınıq, doğmayıq, ona görə bir-birimizi dəstəkləyirik”.
Xatırldaq ki, Ermənistan Baş naziri Paşinyanın təşəbbüsü ilə KTMT-nin iclası çağırılıb. Üzv ölkələr Azərbaycan və Ermənistan arasında olan münasibətləri müzakirə edib.