Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb-3 il həbs oluna bilər/VƏKİL

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı yeni ittiham irəli sürülüb.

Azpost.info bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

“Bəxtiyar Hacıyevə yenidən ittiham verildi. AR CM-nin 221.2.2-ci maddəsi və 289.1-ci maddəsi”-deyə o vurğulayıb.

Cinayət Məcəlləsinin 221.2.2.-ci maddəsində  ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək əks edilib.

Bu maddə üzrə ittiham olunan şəxs iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvvəlki məqalə

General DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edildi

Sonrakı məqalə

Azərbaycanda daha 93 nəfər COVID-19-a yoluxub