Bəxtiyar Hacıyev aclığı dayandırdı –AÇIQLAMA

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclığı dayandırıb. 

Azpost.info bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

Vəkil bu gün B.Hacıyevlə görüşüb. “İctimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırdı. Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Bir azdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək. Ona dəstək olan hər kəsə təşəkkür etdi”-deyə vəkil yazıb.

 

Əvvəlki məqalə

Finlandiya Rusiya ilə sərhəddə 3 kilometrlik hasarın inşasına başladı

Sonrakı məqalə

“Rusiyanın nüvə silahından istifadə ehtimalı aşağıdır”