Babək prospekti və Qala-Pirallahı yolunda sürət həddi endirilib

Bakıda daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələri xahiş edilir.

Əvvəlki məqalə

“Çox “döyüşkən” olmamalı, Kiyevi dəstəkləməli, ABŞ-la dil tapmalıdır”

Sonrakı məqalə

“Azərbaycan Mərkəzi Komitəsində Nərimanovun güllələnməsini təklif etdilər” –