“Badəm şərabla dolu…” –İnsult olmamaq üçün nə qədər içmək lazımdır?/HƏKİM RƏYİ

Həftədə 15-16 vahid spirt (150-160 qram saf etanol) içmək insult, xərçəng, infarkt və demenesiya riskini artırır.

Azpost.info bildirir ki, bu barədə  Britaniyalı statistik və risk mütəxəssisi Devid Şpigelhalterə istinadən Daily Mail məlumat yayıb.

20-30 vahid istehlak edildikdə risk daha da əhəmiyyətli olur.  2016-cı ildə Böyük Britaniya səhiyyə xidmətləri tərəfindən müəyyən edilmiş bir sıra qaydalara əsasən, həftəlik spirt istehlakı 14 vahidlə məhdudlaşdırılmalıdır.

Bir vahid 10 qram saf etanolu təmsil edir. Bu miqdar təxminən 100 mililitr şərabda, 250 mililitr pivədə və 30 mililitr güclü spirtdə (konyak, viski, cin) olur.

Böyük Britaniyanın baş həkimi və hökumətin tibbi məsləhətçisi Chris Vitti qeyd edib ki, müəyyən edilmiş həddi aşmanın nəticələri insult, xərçəng, qaraciyərin zədələnməsi, infarkt və demenesiya kimi ciddi sağlamlıq problemləri ola bilər.

Bununla birlikdə, alkoqolun orta dozaları oturaq həyat tərzindən və yağlı qidalardan sui-istifadədən daha az təhlükəlidir. Britaniyalı statistik və risk mütəxəssisi David Spiegelhalterə görə, həftədə 15-16 vahid spirt içsəniz, ürək, damar və qaraciyər problemlərinin yaranma ehtimalı artır.

Bununla belə, istehlak edilən spirt miqdarının 20-30 vahidə qədər artırılması əhəmiyyətli bir risk yaradır.

Əvvəlki məqalə

Rusiya Silhalı Qüvvələrinin Baş Qərargah rəisinin müavini həbs edilib

Sonrakı məqalə

“Vahid Çin” prinsipinə əməl edin!”