Bakıda magistral su kəmərində qəza baş verib –"AZƏRSU"/FOTOLAR

Bu gün səhər saatlarında “+ 52 Alatava” və “+ 82 Qərb” mərkəzi su anbarlarını əlaqələndirən 1 400 mm-lik magistral su kəmərində qəza baş verib”.

Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, dərhal “+ 52 Alatava” su anbarında nasosların fəaliyyəti dayandırılıb və hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnikası cəlb olunub:

“Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək”.

Əvvəlki məqalə

“Qərb, Rusiya və İran Azərbaycana qarşı kollektiv hucum aparır” –

Sonrakı məqalə

Valyuta məzənnələri