Bakı-ƏIət yolunda yerüstü piyada keçidləri üçün platformalar quraşdırılacaq

Sabah saat 08:00-dan 18:00-dək Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 69-cu km-də (paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsindən keçən hissədə) inşa olunan yerüstü piyada keçidləri üçün platformalar quraşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəri yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – agentlik bəyan edib.

Əvvəlki məqalə

Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat vasitələrinin sayı açıqlandı

Sonrakı məqalə

Leysan olacaq, dolu düşəcək