Azpost.info bildirir ki, bu barədə "Sputnik Armenia"ya mötəbər mənbələrdən məlumat verilib. Əsirlərin olduğu təyyarə Bakıdan İrəvana uçub. Təyyarədə 2 erməninin olması ehtimal edilir. Bunun əvəzində erməni tərəfi Ağdərədə saxlanmış azərbaycanlı hərbçi Cəmil Babayevi qaytarıb.
Əsirlərin mübadiləsi Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun iştirakı ilə aparılıb.
**
Azərbaycanın Ermənistana qaytardığı əsirlərin adları məlum olub. Bunlar Artur Nalbandyan və Aramis Torozyandır. Onlar iyulun 14-də Zəngəzurda, Qaragöl yaxınlığında tutulublar.
Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.
Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.
Bakı iki erməni əsirini İrəvana qaytardı, Cəmil Babayevi geri aldı - Rüstəm Murdov mübadilədə iştirak edib
Əlaqəli xəbərlər
-
Azərbaycanda 1000 manat maaşla yaşamaq mümkündür? - Ailə xərcləri hesablandı
-
Azərbaycan qazı yeni bazara çıxdı – Suriyaya ixrac 2,8 dəfə artıb / TƏHLİL
-
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
-
Maaşdan tutulan vergi artır - 1000, 1500 manat alanlar nə qədər itirəcək?
Növbəti xəbər yüklənir...