16 dekabrdan etibarən İranın Məşhəd şəhəri ilə Azərbaycanın Bakı şəhəri arasında birbaşa aviareyslər təşkil olunacaq. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. İranın Azərbaycandakı səfirliyi bildirir ki, İran İslam Respublikası qardaş və dost Azərbaycan Respublikası ilə əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Məşhəd-Bakı və əks istiqamətdə birbaşa uçuşlar təşkil olunacaq. Bildirilir ki, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla, 1-ci və 4-cü günlər həyata keçiriləcək. Səfirlik bildirir ki, bu planın icraçısı "Bakustar" şirkətidir. "Bakustar" şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif edir.