Bakı məktəblərində monitorinq aparılıb-BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin VII və IX sinifləri üzrə dekabrın 27-də monitorinq keçirilib.

Bu barədə  BŞTİ-dən məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Təhsilalanlara təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 4-ü açıq cavab tələb olunan, 4-ü isə açıq həlli tələb olunan sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.

Qeyd edək ki, cari ilin 24 noyabr tarixində də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin VI və IX siniflərində monitorinq aparılıb. Monitorinqin həm ballar, həm də məzmun xətti üzrə nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunub. Mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr verilib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib-

Sonrakı məqalə

Sabah hava necə olacaq?