“Bakı Marafonu 2023”-ə start verildi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2023” keçirilir.

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-cı dəfə Bakı marafonu təşkil olunub.

“Bakı Marafonu 2023″-də 19 500 nəfər iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər.

Onların arasında ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışacaq.

2016-cı ildən etibarən keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. Yarışda eyni zamanda Qarabağ qaziləri, fiziki imkanları məhdud olan şəxslər də iştirak edib. Elə marafonda birinci start da Qarabağ qaziləri, fiziki imkanları məhdud şəxslər üçün verilib. İkinci startda isə digər iştirakçılar yarışa qoşulub.

Qeyd edək ki, builki marafon yeniliklərlə də yadda qalacaq. Belə ki, finiş xəttini keçən ilk 2000 iştirakçıya medallar təqdim olunacaq.

Əvvəlki məqalə

Azərbaycan Premyer Liqası –

Sonrakı məqalə

“Gürcüstanda İŞİD-in təlim bazaları yoxdur…” –