Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb. M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu. Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək. (Bakupost.az)