Rusiya Prezidenti Vladimir Putin gələn həftə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Azpost.info xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin “Vesti” informasiya proqramının efirində məlumat verib.

Onun sözlərinə görə, Rusiya liderinin gələn həftəki iş qrafikinə regionlara səfər, hökumət üzvləri ilə müşavirə və “İlin könüllüsü” müsabiqəsinin qalibləri ilə görüş də daxildir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl dekabrın 3-də, 11-də və 22-də Rusiyaya səfər etməyi planlaşdırdığını bildirmişdi.