Bakı, Sumqayıt və Abşeron üzrə avqustun pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Sonrakı məqalə

“Miqrantların psixoloji adaptasiyasına dəstək” layihəsi davam edir