“Ermənistan və Azərbaycan münasibətlərin tənzimlənməsi və sülh sazişinin bağlanması ilə bağlı əsas məsələlər üzrə razılığa gəlməyiblər”.
Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin iclasında bildirib.
O, İrəvan və Bakının mövqelərinin bir-birindən nə qədər uzaq olduğuna aydınlıq gətirməyib: “Ən əsas məsələlərdə hələ razılıq əldə olunmayıb. Amma mən Ermənistan və Azərbaycanın mövqelərinin bir-birindən nə qədər uzaq olduğuna dair təfərrüatlara varmaq istəmirəm”.
Azpost.info