Bakıda ər 20 yaşlı keçmiş arvadını küçədə bıçaqlayıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Zığ qəsəbəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Zeynalova Aytac Vüqar qızı küçədə keçmiş əri ilə üzləşib.

Ər ona hücum edərək bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, hadisə şahidlərinin verdiyi məlumata görə, keçmiş ər A.Zeynalovanı başqa bir şəxslə parkda görüb.

Bundan hiddətləndiyindən o, Aytacı bıçaqlayıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.