Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb. Hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.