Bakıda avtobus 9 maşına çırpılıb –Xəsarət alanlar var /FOTO

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Qəza Əsəd Əhmədov küçəsində baş verib.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.

Qəzaya səbəb olan avtobus  “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli avtobus olub.

Daşıyıcı şirkətdən APA-ya verilən məlumata əsasən hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb.

 

Əvvəlki məqalə

Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə sülh prosesini müzakirə edib

Sonrakı məqalə

Ötən il Azərbaycana ən çox hansı ölkələrdən turist gəlib? –