Bakıda avtobusda kondisioner partladı, salonu tüstü basdı –Sərnişinlərin halı pisləşdi /VİDEO

Bakıda 6 saylı “Bakubus” avtobusunda tüstülənmə olub. 

Azpost.info bildirir ki, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.

“Azneft” meydanı istiqamətində gedən avtobusun salonunu bürüyən tüstü nəticəsində bir neçə sərnişinin halı pisləşib. Sərnişinlər təcili olaraq avtobusdan düşürülüb.

Sürücünün sözlərinə görə, avtobudakı kondisioner partlayıb, nəticədə avtobusda yanğın təhlükəsi yaranıb.

Hazırda hadisə araşdırılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.