Bakıda baş vermiş yol qəzalarının əsas səbəbləriAÇIQLANDI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 9 ay ərzində 1463 yol-nəqliyyat hadisəsi qeydə alınıb. NİİM-dən  bildirilib ki, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşlarına dərhal məlumat verilib.

“Qeydə alınan qəzaların təhlili göstərib ki, bəzi sürücülər yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməklə yanaşı, ara məsafəsinə düzgün əməl etmir və yol nişanlarının tələblərini pozurlar. Nəticədə hadisələr qaçılmaz olur və yollarda bu səbəbdən sıxlıq yaranır. Ötən dövr ərzində 1557 texniki nasaz nəqliyyat vasitəsinin yollarda qalması digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 55 küçə və prospekt üzrə 53 mindən çox “yaşıl dalğa” əmri tətbiq edilib. Yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işlər davam etdirilir”, – deyə məlumatda bildirilib.

Əvvəlki məqalə

“Yeni dünya nizamı qurulur və bu prosesin geridönüşü yoxdur”

Sonrakı məqalə

“İranın nüvə obyektlərinə zərbə endirilsə, bu, ciddi təxribat olacaq”