Bakıda dəniz sahilində yanğın olub

Bakı şəhərinin Xətai rayonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin ərazisində ümumi sahəsi 12 m² olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 p.m elektrik kabeli və ətrafda 30 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumata görə, yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əvvəlki məqalə

Ukraynada Rusiya ordusunun iki diviziya komandiri həlak olub

Sonrakı məqalə

Sumqayıt küçələrində yarışa çıxan “avtoş” xuliqanlar həbs edilib –