Bakıda evdən 8400 manat oğurlayan yeniyetmələr saxlanılıb

oğurluq
oğurluq

Səbail və Nəsimi rayonlarında oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb. Səbail rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə 8400 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

AzPost DİN-ə istinadla xəbər verir ki, Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin 5000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, dələduzluğa görə axtarışda olan 49 yaşlı R.Rüstəmovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.