Gəncə sakinindən xeyli miqdarda narkotik aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsinin və Yasamal rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini 1995-ci il təvəllüdlü S. Vəliyevdən 930 qram metavitamin, Gəncə sakini, 1984-cü il təvəllüdlü Z. Abbasovdan 630 qram heroin və 270 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.