Bakıda həbs edilən fransız casusunun şirkəti nə iş görüb?

Bakıda həbs edilən və Fransa xüsusi xidmət orqanlarına casusluqda şübhəli bilinən Martin Rayan “Merkorama” MMC-nin baş direktoru olub.

M.Ryanın şirkəti Bakıda rəsmi olaraq nə işlə məşğul olub?

Açıq mənbələrə əsasən, şirkət 2020-ci ilin oktyabrında, yəni İkinci Qarabağ müharibəsinin qızğın vaxtında yaradılıb. Bildirildiyi kimi, şirkət ərzaq məhsulları və xammalın distribütorluğu və idxalı ilə məşğuldur.

Çox maraqlıdır ki, şirkətin komandası müxtəlif ölkələrdən olan işçilərdən ibarət olub. Bəyan edilən məqsədlər arasında xarici Qərb şirkətlərinin Azərbaycanda müəssisələrin yaradılması layihələrində fəaliyyətinin stimullaşdırılması da var.

Bundan əlavə, şirkət həm də autsorsinqlə məşğul idi.

Azərbaycanın rəsmi qurumları, xüsusən də xüsusi xidmət orqanları Martin Rayanın həbsi ilə bağlı Fransada dərc olunan məlumatı şərh etməyib.

M.Ryanın saxlanılması xəbərini erməni əsilli fransız jurnalist Leo Nikolyan verib. (Haqqın.az)

Əvvəlki məqalə

Prezident və Mehriban Əliyeva yanğın hadisəsini nəzarətə götürüb

Sonrakı məqalə

Rusiyalı ailə Türkiyədə tətilə 24 milyondan çox pul xərcləyib