Bakıda İlham Əliyevin prezidentliyinin 20 illiyi münasibəti ilə konfrans keçirilib

Bakıda Prezident İlham Əliyevin prezidentliyinin 20 iliyi münasibətilə “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” adlı konfrans keçirilib.

Baş nazir Əli Əsədovun və Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə keçirilən konfransda Baş nazirin müavinləri, eləcə də digər hökümət rəsmiləri iştirak ediblər.

Konfransda çıxış edən Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin 20 illik prezidentliyi dövründəki fəaliyyəti haqqında geniş məlumat verib. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı vacib məqamlara toxunub. Samir Nuriyevin sözlərinə görə, bu ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərə 5000-dən çox şəxsin köçürülməsi nəzərdə tutulub.

Xarici işlər naziri Ceyhun Bayramov Prezindent İlham Əliyevin uğurlu xarici siyasətin davamı kimi bölgədə sülhün bərqarar olunacağına inamını ifadə edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən Müharibəsindən sonra şəhid ailələri və qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısı məsələsinə toxunub. Elm və təhsil naziri Emin Əmrullahyevisə 2003-2023-cü illər ərzində təhsil sahəsindəki əsaslı dəyişiklik və yeniliklər barədə söz açıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abullayev də, öz növbəsində, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə aidiyyəti dövlət qurumları barədə islahatlarından danışıblar.

Çıxışlar bitdikdən sonra Prezident İlham Əliyevin 20 illik hakimiyyətinə həsr olunmuş sənədli videorolik nümayiş olunub.

Əvvəlki məqalə

Ermənistan prezidenti Roma Statutunun ratifikasiyasını təsdiqlədi

Sonrakı məqalə

ABŞ vətəndaşları Qəzzadan təxliyə olunacaq