Bakıda işçi marketdən 10 min manatlıq ərzaq oğurlayıb

Bakıda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.